“Neftçi İdman Klubu”nun iki cudoçusu Slovakiyanın Banska-Bistritsa şəhərində təşkil olunan XVI Avropa Gənclər Yay Olimpiya Festivalında [EYOF] gümüş medala sahib olub.Təmsilçilərimizdən 60 kiloqram çəkidə mübarizə aparan Nurlan Kərimli Matey Klobuçnik (Slovakiya), Manuel Parlati (İtaliya) və Florian Boker (Almaniya) ilə qarşılaşmalardan qalib ayrılaraq finala yüksəlib. O, həlledici görüşdəki rəqibi, niderlandlı Yohem Van Hartenə məğlub olub və gümüş medala layiq görülüb.Xanım cüdoçumuz Könül Əliyeva (48 kq) isə dörddəbir finalda Belçika, ardından Böyük Britaniya cüdoçusuna qalib gələrək adını finala yazdırıb. İdmançımız baş mükafat uğrunda görüşdə italiyalı İlaria Finestrone ilə bacarmayıb və yarışı ikinci pillədə başa vurub.