İyulun 12-də Fövqəladə Hallar Nazirliyinin “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində start götürmüş 23 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə yekun vurulub. Yarışın üçüncü – sonuncu günündə daha 6 çəki dərəcəsi üzrə 119 idmançı bacarığını nümayiş etdirib.”Neftci İdman Klubu”nun təmsilçiləri turnirin sonuncu günündə daha 3 medala yiyələniblər. Cüdoçularımızdan Camal Feyziyev (+100 kq) inamla mübarizə apararaq bütün rəqiblərini məğlub edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kamran Qasımov (73 kq) və Məhəmməd Məmmədzadə (+100 kq) isə yarışın bürünc medallarına layiq görülüblər.Beləliklə, “Neftçi İdman Klubu”nun cüdoçuları 14 çəki dərəcəsi üzrə 386 idmançının mübarizə apardığı ölkə birinciliyini 4 qızıl, 2 gümüş və 7 bürünc medalla başa vuraraq, ümumkomanda hesabında birinci yeri tutublar.Kuboku klubumuzun cüdo idman növü üzrə baş məşqçisi Tərlan Poladova Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu təqdim edib.