İspaniyanın paytaxtı Madriddə keçirilən şahmat üzrə iddiaçılar turnirində X tura yekun vurulub.”Neftçi İdman Klubu”nun təmsilçisi Teymur Rəcəbov bu tur çərçivəsində qara fiqurlarla FIDE bayrağı altında mübarizə aparan rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gəlib. Şahmatçımız turnir cədvəlinin lideri ilə matçın 37-ci gedişində “sülh bağlayıb” – 0,5:0,5.Bununla da xallarının sayını 4,5-ə çatdıran Teymur Rəcəbov hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Nepomnyaşi isə 7 xalla liderliyini davam etdirir.Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.