Gənclər arasında güllə atıcılığı üzrə keçirilən respublika birinciliyi davam edir. Bakı Atıcılıq Mərkəzində təşkil olunan turnir pnevmatik tapança və pnevmatik tüfəngdən atəş üzrə qızlar, oğlanlar və qarışıq komanda yarışı olmaqla keçirilir.”Neftçi İdman Klubu”nun yetirmələrindən İmran Qarayev oğlanlar arasında pnevmatik tapançadan (PTÇ-3) 10 metr məsafəyə atəşaçma yarışında 562 xal toplayaraq çempionluq sevinci yaşayıb.Təmsilçilərimiz qarışıq komanda yarışında da eyni uğura imza atıblar. Belə ki, Xalidə Əliyeva və Vladislav Kalmıkovdan ibarət komandamız 10 metr məsafəyə atəşaçma yarışında (PTÇ-3M) 555 xalla liderliyə yüksəlib.