İtaliyada keçirilən beynəlxalq şahmat festivalı başa çatıb.”Neftçi İdman Klubu”nun mötəbər turnirdə mübarizə aparan yetirməsi Eltac Səfərli doqquz turdan 5,5 xal toplayaraq üçüncü yeri tutub.Yarışın qalibi isə yeddi xalla ukraynalı şahmatçı Vitali Bernadski olub.Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən beynəlxalq festivalda ümumilikdə 20 şahmatçı bacarığını nümayiş etdirib.