İtaliyada beynəlxalq şahmat festivalına yekun vurulub.İsveçrə sistemi ilə keçirilən yarışda “Neftçi İdman Klubu”nun təmsilçisi Eltac Səfərli doqquz turda beş xal toplayaraq dördüncü pillədə qərarlaşıb.Turnirin qalibi adına isə altı xalla gürcüstanlı Levan Pantsulaia sahib olub.Qeyd edək ki, yarışda 15 şahmatçı iştirak edib ki, onlardan da altısı qrossmeysterlər olub.