Yeniyetmələr (2007-2009) arasında keçirilən “Neftçi İdman Klubu”nun yunan-Roma güləşi üzrə açıq birinciliyinə yekun vurulub. Milli Olimpiya Komitəsinin 30 illiyinə həsr olunmuş yarış Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində təşkil olunub. Turnirdə 10 çəki dərəcəsi üzrə 100-dən çox yeniyetmə güləşçi medallar uğrunda mübarizə aparıb.Yarışın keçirilməsində məqsəd klubun idman qurğularında fəaliyyət göstərən güləş bölmələrində aparılan məşqlərin və kiçikyaşlı yeniyetmə güləşçilərin hazırlıq səviyyəsini yoxlamaq, eləcə də bu yaş qrupu üzrə qarşıdan gələn Bakı və respublika birinciliklərində klubu təmsil edəcək yığma komandanın heyətini müəyyən etmək idi.Maraqlı və gərgin mübarizə şəraitində keçən birincilikdə Asif Bayramov (38 kq), Muhəmməd Alıyev (41 kq), Yunis İsgəndərov (44 kq), Sahib Səlimov (48 kq), Nuhan Müzəffərov (52 kq), Ağadadaş Vahidov (57 kq), Ramil Malıyev (62 kq), Coşqun Quluzadə (68 kq), Şaban Gəncəyev (75 kq) və Ramazan Bəxtiyarov (85 kq) bütün görüşləri qələbə ilə başa vuraraq qızıl medala sahib olublar.Qalib və mükafatçılara “Neftçi İdman Klubu” tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri təqdim olunub.-38 kq.1. Asif Bayramov2. Taleh Səfərov3. Rza Şiriyev3. Eldəniz Allahverdiyev-41 kq.1. Muhəmməd Alıyev2. Ruslan Qasimov3. Nazim Şıxəliyev3. Ömər İsmayılov-44 kq.1. Yunis İsgəndərov2. Ceyhun İsazadə3. Məhəmməd Əlizadə3. Vüsal Musayev-48 kq.1. Sahib Səlimov2. Sultan Novruzov3. İbrahim Bayramov3. İsmayıl Əsgərzadə-52 kq.1. Nuhan Müzəffərov2. Ramil Ovçuyev3. Akşin Salmanov3. Ağahüseyn Mehtiyev-57 kq.1. Ağadadaş Vahidov2. Ramal Əliyev3. Samis Fərmanov3. Fərid Əliyev-62 kq.1. Ramil Malıyev2. Seymur Həsənov3. İlyas Sarıyev3. Əliheydər Ağaverdiyev-68 kq.1. Coşqun Quluzadə2. Ağamir Mircəfərov3. Əli Əliyev3. Nurlan Qasımov-75 kq.1. Şaban Gəncəyev2. Mirhəsən Həsənzadə3. Ələsgər Ağayev4. Mirsadiq Xanlarzadə-85kq.1. Ramazan Bəxtiyarov2. Allahverdi Kərimli3. Rüfət Almaslı3. Asəf Kərimli