Fövqəladə Hallar Nazirliyinin “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində keçirilən on yeddi yaşadək güləşçilər arasında respublika birinciliyi sona yetib.”Neftçi İdman Klubu”nun yarışda mübarizə aparan sərbəst güləşçilərindən İlyas İsayev (65 kq) və Ağanəzər Novruzov (71 kq) bütün rəqiblərini məğlub edərək Azərbaycan çempionu adını qazanıblar. Digər idmançılarımızdan Ağa Qasımov (60 kq), Vasif Xudiyev (71 kq) gümüş, Hacı Kərimov (51 kq) və Omar Gülməmmədov (71 kq) isə bürünc medala sahib olublar.Klubumuzun yunan-Roma güləşçilərindən isə Cavad Məmmədov (65 kq) və Nihad Məmmədzadə (92 kq) ölkə birinciliyini üçüncü pillədə başa vurublar.