Avropa Cüdo İttifaqının (EJU) rəsmi saytı aprelin 29-da Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək qitə çempionatında “Neftçi İdman Klubu”nun yetirmələri və Azərbaycan millisinin üzvləri Rüstəm Orucovla Hidayət Heydərovun (hər ikisi 73 kq) perspektivlərini dəyərləndirib.Qurumun rəsmi saytı Hidayət Heydərovun yarış iştirakçılarının reytinqində ikinci, Rüstəm Orucovun isə altıncı olduğunu vurğulayıb.”Hər iki idmançı karyerası ərzində Avropa çempionatının qalibi olub. Rüstəm 2016-cı ildə Kazanda, Hidayət isə bir il sonra Varşavada qızıl medal qazanıb. Heydərov çətin dövr keçirdi. O, 81 kq-a keçərək Olimpiya oyunlarına vəsiqə qazanmağa çalışsa da, cəhdi baş tutmadı. Buna görə də yenidən Orucovla birlikdə çıxış etdiyi 73 kq çəki dərəcəsinə qayıtdı”, – deyə sayt qeyd edib.