“Neftçi İdman Klubu”nun yetirmələri həmişə olduğu kimi, bu il də müxtəlif yarışlarda uğurlu çıxışlarını davam etdirməkdədirlər. Belə ki, idmançılarımız ilin ilk üç ayı ərzində ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda böyük əzmkarlıq nümayiş etdirərək, 92-si qızıl, 75-i gümüş və 99-u bürünc olmaqla, ümumilikdə 266 medal qazanıblar. Atletlərimiz dünya yarışlarında 1 (1 gümüş), Avropa yarışlarında 18 (6 qızıl, 2 gümüş, 10 bürünc), beynəlxalq turnirlərdə isə 22 medala (3 qızıl, 9 gümüş, 10 bürünc) yiyələniblər. Respublika yarışlarında 88 dəfə fəxri kürsüdə yer alan (30 qızıl, 25 gümüş, 33 bürünc) klubumuzun yetirmələri, paytaxt yarışlarında 38 (10 qızıl, 7 gümüş, 21 bürünc), digər yarışlarda isə 99 medala (43 qızıl, 31 gümüş, 25 bürünc) sahib olublar.