Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda XXI turun oyunlarına start verilib.”Qaradağ Lökbatan” komandası bu turda MOİK-in qonağı olub. Binə qəsəbə stadionunda təşkil olunan qarşılaşmada komandamız rəqibi üzərində böyükhesablı qələbə qazanıb – 5:0. Təmsilçimizin heyətində I Divizionun bombardiri Sabir Allahquliyev (80,82) dubl edib. Digər qollara isə Urfan İsmayılov (23), Həbib İsmayılov (86) və Elnur Səmədov (87) imza atıblar.Qeyd edək ki, hazırda komandamız 47 xalla turnir cədvəlində liderliyini davam etdirir.