Sloveniyada kişi şahmatçılar arasında keçirilən şəxsi Avropa çempionatı davam edir.”Neftçi İdman Klubu” nun təmsilçisi Eltac Səfərli mötəbər yarışın liderlər qrupunda mübarizə aparır. Beş turdan 4 xal toplayan şahmatçımız liderlər qrupunda yer alır.Qeyd edək ki, İsveçrə sistemi üzrə təşkil olunan yarış 11 turdan ibarətdir. Qitə birinciliyinin nəticələrinə əsasən, 20 şahmatçı 2023-cü ildə keçiriləcək dünya kuboku yarışlarına vəsiqə qazanacaq.