Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.”Neftçi İdman Klubu”nun yığmamızın heyətində yer alan sərbəst güləşçisi Turan Bayramov (74 kq) səkkizdəbir finalda bolqarıstanlı Ali Umarpaşayevə (4:3), dörddəbir finalda isə estoniyalı Aymar Andrusenə (10:0) qalib gəlib. Pəhləvanımız yarımfinalda son Avropa çempionu və dünya ikincisi Taymuraz Salkazanova (Slovakiya) 2:8 hesabı ilə məğlub olub. Turan Bayramov bürünc medal uğrunda qarşılaşmada Rumıniya təmsilçisi Zurab Kaprayevlə üz-üzə gəlib.Rəqibini 2:1 hesabı ilə məğlub edən idmançımız nüfuzlu yarışı üçüncü yerdə başa vurub.Xatırladaq ki, daha öncə klubumuzun digər yetirməsi Hacı Əliyev (65 kq) qitə çempionatının gümüş medalına sahib olub.