Gənclər arasında güllə atıcılığı üzrə Bakı şəhər birinciliyi sona yetib.Bakı Atıcılıq Mərkəzində keçirilən yarışa “Neftçi İdman Klubu”nun yetirmələri də qatılıblar. Oğlanlar arasında pnevmatik tapançadan (PTÇ-3) 10 metr məsafəyə atəşaçma yarışında Vladislav Kalmıkov 566 xal toplayaraq turnirin qızıl medalını qazanıb. Digər təmsilçimiz İmran Qarayev isə (554 xal) fəxri kürsünün üçüncü pilləsində yer alıb.