Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda XVII turun oyunlarına yekun vurulub.”Qaradağ Lökbatan” bu tur çərçivəsində “Keşlə-2” komandasının qonağı olub. “ASK Arena”da gerçəkləşən qarşılaşma komandamızın minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Matçın 78-ci dəqiqəsində hesab açılıb. Oyunda vurulan yeganə qola futbolçumuz, I Divizionun bombardiri Sabir Allahquliyev imza atıb.Bu qələbə sayəsində xallarının sayını 35-ə çatdıran Rafael Əmirbəyovun yetirmələri turnir cədvəlində liderliklərini davam etdirirlər.