Yeniyetmələr (2008-2010) arasında keçirilən “Neftçi İdman Klubu”nun cüdo üzrə açıq birinciliyi başa çatıb. 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yarış Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasında təşkil olunub. Turnirdə 10 çəki dərəcəsi üzrə 159 yeniyetmə cüdoçu qalib adı uğrunda mübarizə aparıb.Yarışın keçirilməsində məqsəd klubun idman qurğularında fəaliyyət göstərən cüdo bölmələrində aparılan məşqlərin və kiçik yaşlı yeniyetmə cüdoçuların hazırlıq səviyyəsini yoxlamaq, eləcə də bu yaş qrupu üzrə qarşıdan gələn Bakı və respublika birinciliklərində klubu təmsil edəcək yığma komandanın heyətini müəyyən etmək idi.Çox maraqlı və gərgin mübarizə şəraitində keçən birincilikdə Əli Musayev (30 kq), Bəhruz Şirəliyev (34 kq), Ceyhun Hüseynli (38 kq), Tahir Əlizadə (42 kq), Hüseyn Şahmarlı (46 kq), Mirzəağa Həsənli (50 kq), Ayxan Ələkbərov (55 kq), Elgün Şirəlizadə (60 kq), Nurlan Quliyev (66 kq) və Ömər Əfəndiyev (+66 kq) bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Qalib və mükafatçılara “Neftçi İdman Klubu” tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri təqdim olunub.Qeyd edək ki, yarışın gedişatınıwww.ippon.azsaytında protokollardan canlı izləmək mümkün olub.-30 kq.1. Əli Musayev2. Şahlar Cümşüdov3. Fikrət Ağayev3. Sənan Feyzullayev-34 kq.1. Bəhruz Şirəliyev2. Mirmehdi İsmayılov3. Əli Əliyev3. Toğrul Həşimli-38 kq.1. Ceyhun Hüseynli2. Məhəmməd Rüstəmli3. Fərid Muxtarov3. Dəniz Sultanov-42 kq.1. Tahir Əlizadə2. Nicat Zeynalov3. Sahil Nəcəfzadə3. Abdullah Şükürov-46 kq.1. Hüseyn Şahmarlı2. Ülvi Quluzadə3. Nicat Əmirov3. Ceyhun Hacıyev-50 kq.1. Mirzəağa Həsənli2. Cavad Əliyev3. Məhəmmədəli Abbasov3. Asiman Alverdiyev-55 kq.1. Ayxan Ələkbərov2. Vasif Səfərov3. İmaməli Əliyev3. Dövlət Şahbazov-60 kq.1. Elgün Şirəlizadə2. Hüseyn Quliyev3. Anar Əliyev3. İsmayıl Gözəlov-66 kq.1. Nurlan Quliyev2. Rza Sətullayev3. Oqtay Cavadov+66 kq.1. Ömər Əfəndiyev2. Rəhim Zeynalov3. Emin Məmmədov3. Yaşar Orucov