“Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesinin xanım işçiləri arasında 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş voleybol turniri keçirilib. Dörd gün davam edən yarış “Məşəl” İdman Kompleksinin voleybol zalında təşkil olunub.Dairəvi sistemlə keçirilən turnirin qalibi “Heydər Əliyev adına Neft Emalı Zavodu-1” komandası olub. Sosial İnkişaf İdarəsi ikinci, “Heydər Əliyev adına Neft Emalı Zavodu-2” komandası isə üçüncü yeri tutub.Qalib və mükafatçı komandaların üzvlərinə “Neftçi İdman Klubu” tərəfindən diplom və qiymətli xatirə hədiyyələri təqdim olunub.