Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII turun oyunları keçirilib.Bu turda “Neftçi İdman Klubu” MOİK-lə üz-üzə gəlib. “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunan qarşılaşmada komandamızın aşkar üstünlüyü müşayiət olunub və matç voleybolçularımızın 3:0 (25:13, 25:14, 25:16) hesablı qələbəsi ilə sona yetib.Qeyd edək ki, hazırda komandamız 13 xalla ikinci pillədə qərarlaşıb.