Portuqaliyanın Almada şəhərində cüdo üzrə beynəlxalq Qran-priturnirinə start verilib.Mötəbər yarışın ilk günündə “Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan yetirməsi Balabəy Ağayev (60 kq) tatami üzərinə çıxıb. On altıdabir finalda özbəkistanlı Bahrom Baturova qalib gələn Ağayev ardından isveçrəli Lionel Şvanderdən də üstün olub. Dörddəbir finalda Monqolustan idmançısı Tsoqt-Oçir Byambajavı yenən cüdoçumuz yarımfinalda yaponiyalı Taiki Nakamuraya da qalib gələrək finala yüksəlib. O, qızıl medal uğrunda görüşdə cənubi koreyalı Li Ha Rim ilə qarşılaşıb. Güclü rəqibinə məğlub olan cüdoçumuz nüfuzlu turnirin gümüş medalına sahib olub.Qeyd edək ki, 41 ölkədən 301 idmançının (179 kişi, 122 qadın) qatıldığı Qran-pri yarışı yanvarın 30-da sona yetəcək.