Bakı İdman Sarayında keçirilən sambo üzrə Azərbaycan çempionatı və
birinciliyinə yekun vurulub.Yeniyetmələr, gənclər və böyüklər arasında təşkil olunan yarışda “Neftçi
İdman Klubu”nun yetirmələri də bacarıqlarını nümayiş etdiriblər.
Samboçularımızdan Rəsul Hüseynzadə (53 kq), Mircəlal Əhmədov və Şamil Mirzəyev
(hər ikisi 88 kq) yeniyetmələrin mübarizəsində bürünc medala layiq görülüblər.Gənclər arasında keçirilən yarışda Rəvan Rüstəmli (58 kq), Adil Adilzadə
(79 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) bütün qarşılaşmalardan qalib ayrılıblar
və Azərbaycan çempionu tituluna sahib olublar. Etibar Xankişiyev (79 kq) 2-ci,
Heybət Quliyev (98 kq) və Səfa Quliyev (+98 kq) isə 3-cü yeri tutublar.Böyüklər arasında təşkil olunan çempionatda klubumuzun idmançılarından
Emil Həsənov (71 kq), Ceyhun Hüseynov (88 kq) və Şahin Qəhrəmanov (+98 kq) məğlubiyyət
tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Tural Allahverdiyev
(64 kq), Kamran Qasımov (71 kq), Bahadur Əsgərov (88 kq) gümüş, Elmin Hüseynov
(58 kq), Burxan Atakov və Qurban Məmmədli (hər ikisi +98 kq) isə bürünc medala
yiyələniblər.