Bu gün “Neftçi İdman Klubu”nun təşkilatçılığı
ilə neft, qaz və kimya sənayesi işçiləri arasında mini-futbol turnirinə start
verilib. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş
yarışSuraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına
Olimpiya Təlim-İdman Kompleksində keçirilir.Turnirdə birinci, ikinci və üçüncü yerləri tutmuş
komandalar “Neftçi İdman Klubu” tərəfindən kubok, diplom və qiymətli xatirə
hədiyyələri ilə mükafatlandırılacaqlar.Qeyd edək ki, turnirə dekabrın 24-də yekun
vurulacaq.