Fövqəladə
Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən “Xilasedici”
İdman-Sağlamlıq Mərkəzində 18 yaşadək yeniyetmələr arasında Azərbaycan Cüdo
Federasiyasının (ACF) kuboku uğrunda keçirilən yarış başa çatıb.Bakı
klubları arasında təşkil olunan turnirdə “Neftçi İdman Klubu”nun yetirmələri də
bacarıqlarını nümayiş etdiriblər.Yeniyetmə
cüdoçularımızdan oğlanlar arasında Camal Bagişov (81 kq) bütün qarşılaşmalardan
qalib ayrılıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Elyar Bayramlı (+90
kq) gümüş, Nahid Tarquliyev (73 kq) isə bürünc medala sahib olub.Xanım
idmançıların mübarizəsində Nigar Süleymanova (70 kq) federasiya kubokunun
qalibi adını qazanıb. Eyni çəkidə Jalə Sadıqova gümüş medala layiq görülüb. Digər
təmsilçilərimiz – Nigar Əliyeva (48 kq), Zəhra Xalidzadə (52 kq), Leyla
Atayeva, Aysu Salmanova (hər ikisi 57 kq) və Aysel Səfiyeva (63 kq) isə yarışı üçüncü pillədə başa vurublar.”Neftçi İdman Klubu”nun yetirmələri Bakı
klubları arasında ümumi komanda hesabında üçüncü yeri tutublar.Qeyd
edək ki, koronavirus pandemiyası səbəbindən ölkədə mövcud olan karantin rejimi ilə əlaqədar olaraq azarkeşsiz
keçirilən yarışda Bakının 39 klubundan 497 yeniyetmə cüdoçu (456 oğlan, 41 qız) medallar uğrunda mübarizə aparıb.