Bu gün kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan
kuboku yarışının startı verilib. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində
yerləşən “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışda
birinci günün qalib və mükafatçılarının adlarına aydınlıq gəlib.”Neftçi İdman Klubu”nun təmsilçiləri
turnirin ilk gününü 6 medalla ( 2 qızıl, 1 gümüş, 3 bürünc) başa vurublar.Kişilər
arasında 60 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Balabəy Ağayev bütün
rəqiblərini məğlubiyyətə uğradaraq qızıl medala sahib olub. Rövşən Əliyev (60
kq) gümüş, Əhməd Yusifov (60 kq) və Zelim Tçkayev (81 kq) isə bürünc medal əldə
ediblər.Xanım idmançıların mübarizəsində Aydan Vəliyeva
48 kiloqram çəkidə rəqib tanımayaraq
liderliyə yüksəlib. Ayşə Vəliyeva isə eyni çəki dərəcəsində üçüncü yeri tutub.Qeyd edək ki, yarışda respublikanın şəhər və rayonlarından 52 komandanın tərkibində 307  idmançı (250 kişi, 57 qadın) qalib adı uğrunda mübarizə aparır.Üç gün davam edəcək turnirə dekabrın 9-da yekun
vurulacaq.