Tofiq Bəhramov adına Respublika Stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə sərbəst və yunan-Roma güləşi üzrə paytaxt çempionatına yekun vurulub. Yarışın ikinci günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar.”Neftçi İdman Klubu”nun yetirmələri turnirdə uğurla çıxış edərək 7 medala (3 qızıl, 2 gümüş, 2 bürünc) sahib olublar. Pəhləvanlarımızdan Əli Alıyev (63 kq), Rövşən Tağıyev (67 kq) və Xasay Həsənli (77 kq) bütün görüşləri qələbə ilə başa vuraraq qalib olublar. Cavidan Məmmədovla (63 kq) İbrahim Balayev (67 kq) gümüş, Nurlan Qurbanov (60 kq) və Hüseyn Hüsüynov (97 kq) isə bürünc medal qazanıblar.Qeyd edək ki, yunan-Roma güləşçilərimiz ümumi komanda hesabında birinci yeri tutublar.