“Neftçi İdman Klubu”nun taekvondoçusu Pünhan Mürsəlov Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa birinciliyində bürünc medala yiyələnib. Gənclər arasında təşkil olunan yarışda 45 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız Almaniya və Moldova təmsilçilərinə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə isə rusiyalı idmançıya məğlub olan Pünhan Mürsəlov Avropa üçüncüsü olub.Qeyd edək ki, qitə birinciliyinə noyabrın 15-də yekun vurulacaq.