Serbiyanın paytaxtı Belqradda keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.Nüfuzlu yarışda mübarizəyə ikinci mərhələdən qoşulan “Neftçi İdman Klubu”nun yunan-Roma güləşçisi Nihad Quluzadə (55 kq) sonuncu xal prinsipinə əsasən, İran təmsilçisinə məğlub olub. Rəqib finala yüksəldiyi üçün pəhləvanımız təsəlliverici görüşə çıxıb. Özbəkistan və Ukrayna təmsilçilərinə qalib gələn güləşçimiz bürünc medal uğrunda görüşdə iştirak etmək hüququna yiyələnib. Üçüncü yer uğrunda qarşılaşmada Nihad Quluzadə ABŞ təmsilçisi Teylor La Monta qalib gəlib və U-23 dünya çempionatının bürünc medalına sahib olub.Qeyd edək ki, klubumuzun yetirməsi mundialda ölkəmizə ilk medalı qazandırıb.