“Neftçi İdman Klubu”nun yunan-Roma güləşçisi Murad Məmmədov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında uğurla çıxış edib. Altmış kiloqram çəki dərəcəsində mübarizə aparan pəhləvanımız üçüncü yer uğrunda görüşdə Belarus təmsilçisi Maksim Kajarski ilə üz-üzə gəlib. Rəqibini məğlubiyyətə uğradan Murad Məmmədov dünya çempionatının bürünc medalına sahib olub.Xatırladaq ki, mötəbər yarışın əvvəlki günlərində klubumuzun digər təmsilçisi Sənan Süleymanov (77 kq) gümüş medala layiq görülüb.