“Neftçi
İdman Klubu”nda 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib. Öncə Vətən
müharibəsinə həsr olunan videoçarx nümayiş etdirilib. Sonra qurumun idarəetmə
aparatının rəhbəri Sadıq Sadıqov Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun
qazandığı şanlı qələbənin tarixi əhəmiyyəti, qalib Azərbaycan xalqının qələbədə
rolu, döyüş iştirakçılarının igidlik və qəhrəmanlıq nümunələri haqqında ətraflı
söhbət açıb, şəhidlərimizin xatirələrinin yaddaşlarda əbədi yaşayacağını qeyd
edib.Saat 12:00-da Vətən Müharibəsi şəhidlərinin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə şəhidlərin ruhuna dualar
oxunub, onların əziz xatirəsi dərin ehtiramla yad edilib.Qeyd edək ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar
bütün ölkə ərazisində Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib. Saat 12:00-da avtomobil yollarında bütün nəqliyyat vasitələrinin
hərəkəti dayandırılıb, gəmilərdən, qatarlardan siqnallar səsləndirilib.Xatırladaq ki, Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən Müharibəsində
qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən
torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda
edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq
27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.