![](https://static.neftchi.org/uploads/1631779831_255.jpg)
Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda I turun oyunları keçirilib. “Qaradağ Lökbatan” ilk turda “Sumqayıt-2” komandası ilə üz-üzə gəlib. “Kapital Bank Arena”nın ehtiyat meydançasında təşkil olunan qarşılaşma komandamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qola Sabir Allahquliyev (45; 48) imza atıb.