Yaponiyanın
paytaxtı Tokioda keçirilən XVI Yay Paralimpiya Oyunları davam edir.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin
heyətində yer alan paracüdoçuları bu gün ölkəmizə üç medal (2 qızıl, 1 bürünc)
qazandırıblar.Qırx səkkiz
kiloqram çəki dərəcəsində çıxış edən qadın idmançımız Şahanə Hacıyeva
yaponiyalı Şuzika Hanqai və rusiyalı Viktoriya Potapovaya qalib gələrək finala
yüksəlib. O, həlledici qarşılaşmada Fransa idmançısı Sandrine Martinet üzərində
qələbə qazanaraq Azərbaycana ilk qızıl medalı qazandırıb.Altmış kiloqram çəki
dərəcəsində mübarizə aparan Vüqar Şirinli birinci qarşılaşmada türkiyəli Recep
Çiftçiyə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə rumıniyalı rəqibi Aleks
Boloqanı məğlub edən cüdoçumuz finala vəsiqəni təmin edib. Vüqar Şirinli həlledici
görüşdə qazaxıstanlı rəqibi Anuar Sarıyev üzərində qələbə qazanaraq paralimpiya
çempionu olub.Klubumuzun digər
cüdoçusu Namiq Abbaslı (66 kq) ilk görüşdə ispaniyalı Bannon İbanesə məğlub
olub. Rəqib finala yüksəldiyi üçün idmançımız təsəlliverici görüşdə iştirak
hüququ qazanıb. Puerto-Riko təmsilçisi Luis Labdiel Perezi və rusiyalı Viktor
Rudenkonu üstələyən Namiq Abbaslı üçüncü yer uğrunda görüşdə Ukrayna idmançısı
David Xoravaya qalib gəlib və bürünc medala layiq görülüb.Xatırladaq ki,
Tokio Paralimpiadasında ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord
sayda – 36 idmançı təmsil edir ki, onlardan da 22-si “Neftçi İdman Klubu”nun
yetirmələridir.Qeyd edək ki, XVI
Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam
edəcək.