“Neftçi
İdman Klubu”nun yetirmələri həmişə olduğu kimi, bu il də müxtəlif yarışlarda
uğurlu çıxışlarını davam etdirməkdədirlər. Pandemiyanın bütün dünyada tüğyan
etməsinə və bu səbəbdən tətbiq olunan sərt qadağaların hədsiz çətinliklər yaratmasına
baxmayaraq, atletlərimiz ilin birinci yarısında əldə etdikləri medalların
sayına görə yenə də ölkədə fəaliyyət göstərən idman qurumları arasında
liderliklərini qoruyublar. İdmançılarımız ilin ilk altı ayı ərzində ölkədaxili
və beynəlxalq səviyyəli yarışlarda əzmlə mübarizə apararaq, 26-sı qızıl, 12-si
gümüş və 21-i bürünc olmaqla, ümumilikdə 59 medala sahib olublar. Təmsilçilərimiz
dünya yarışlarında 4 qızıl medala yiyələniblər. Klubumuzun yetirmələri Avropa
yarışlarında 14 (3 qızıl, 4 gümüş, 7 bürünc), beynəlxalq turnirlərdə isə 35
medal (15 qızıl, 7gümüş, 13 bürünc) qazanıblar. Respublika səviyyəli yarışlarda
3 qızıl medal əldə edən atletlərimiz digər yarışlarda da 3 dəfə (1 qızıl, 1
gümüş, 1 bürünc) fəxri kürsüyə qalxıblar.