“Neftçi
İdman Klubu” Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasında futbol
məşqçiləri üçün növbəti seminarını keçirib. Bir neçə gün davam edən seminarın
keçirilməsində əsas məqsəd məşqçiləri metodiki cəhətdən daha yaxşı hazırlamaq,
onların futbol bilgilərini təkmilləşdirmək, məşqlərin müasir səviyyədə
qurulmasına yardım etmək və nəticədə yeniyetmə istedadlı futbolçuların
yetişdirilməsinə nail olmaqdır.Qurumun Kütləvi
bədən tərbiyəsi şöbəsinin rəisi Akif Məmmədov seminar iştirakçılarını
“Neftçi İdman Klubu” idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun adından
salamladı və onlara uğurlar dilədi. O, tədbir iştirakçılarına uşaq futbolunun əhəmiyyətindən,
kiçikyaşlı futbolçuların seçimi və ələnməsi metodologiyasından söhbət açaraq,
uşaqlar arasından istedadların üzə çıxarılması və onların qorunmasında dünya təcrübəsindən
yararlanmağın vacib olduğunu söylədi.Sonra
seminar iştirakçılarına oyun qaydaları haqda ətraflı məlumat verildi və məşqçilərin
müxtəlif sualları cavablandırıldı.Seminarda
müxtəlif mövzular müzakirə obyektinə çevrilmişdi. Futbol məşqçilərinin nəzəri və
praktiki məşğələlərdə, eləcə də verilən sualların cavablandırılmasında göstərdikləri
fəallıq diqqəti cəlb edir, seminarın daha da maraqlı keçməsinə zəmin yaradırdı.Seminarın
növbəti mərhələsində “Neftçi İdman Klubu” Uşaq Futbol Məktəbinin direktoru
Məhərrəm Həsənov müxtəlif sistemlər haqda geniş nitq söylədi. O,
post-pandemiya dövründə həftəlik qaçış məşqləri, güc və dözümlülük məşqlərinin
planlaşdırılması, həftəlik sprint məşqlərinin planlaşdırılması, oyun prinsipləri
(hücum, müdafiə, keçid), 2×2-yə hücum və müdafiə prinsipləri, kiçik sahədə
keçid məşqləri, cinahlardan oyunun qurulması və cinah ötürmələri, çevrə kontrolu,
sub prinsiplər, sub-sub prinsiplər, post-pandemiya dövründə futbolçuların 6 həftəlik
hazırlıq təlim-məşq planı, aerob-anaerob məşqlərin stimullaşması üçün 3 müxtəlif
faza (kondisiya; dözümlülük; aktivlik, sürət, güc dözümlülüyü, stabilləşmə,
koordinasiya hərəkətləri, bərpa – zədələrin qarşısını almaq) və digər mövzular
haqda ətraflı məlumat verdi.Seminarda
oyun qaydaları və digər mövzularda həm nəzəri, həm də praktik məşqlər
keçirildi.