“Neftçi
İdman Klubu”nun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi işçiləri
arasında çimərlik voleybolu üzrə turnir keçirilib.Kişilər arasında
keçirilənyarışHövsan qəsəbəsindəki “Algo Beach” çimərliyində baş tutub. Turnirdə “Azərkimya” İstehsalat Birliyi, “SOCAR
– FOSTER WHEELLER Mühəndis Xidmətləri” MMC, “Neftqaztikinti” Tresti , “Qaz
İxrac” İdarəsi və “Bos Şelf” MMC-nin
komandaları mübarizə aparıb.Gərgin
mübarizə şəraitində keçən yarışda “SOCAR – FOSTER WHEELLER Mühəndis Xidmətləri”
MMC-nin komandası turnirin qalibi adını qazanıb. “Qaz İxrac” İdarəsi 2-ci, “Bos
Şelf” komandası isə 3-cü yeri tutub.Qalib və
mükafatçı komandalara “Neftçi İdman Klubu” tərəfindən diplom və xatirə
hədiyyələri təqdim olunub.