![](https://static.neftchi.org/uploads/1616230392_16161775153688131776_1000x669.jpg)
“Neftçi İdman Klubu”nun daha bir paraatleti Tunisdə keçirilən Qran-pri turnirində mükafata sahib olub. T13 kateqoriyasında uzunluğa tullanma yarışlarında Kamil Əliyev 6,56 metr nəticə göstərərək gümüş medala layiq görülüb.Xatırladaq ki, yarışın əvvəlki günlərində klubumuzun daha iki yetirməsi – Oloxan Musayev və Orxan Qasımov qızıl medala sahib olublar.