“Neftçi
İdman Klubu”nun şahmatçısı Teymur Rəcəbov “Meltvater” turnirində çıxışını başa
vurub. Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu “Champions Chess
Tour” onlayn şahmat seriyasının dördüncü – “Meltvater” turnirinin üçüncü yarış
günündə Azərbaycan derbisi baş tutub. On üçüncü turda Şəhriyar Məmmədyarov –
Teymur Rəcəbov qarşılaşması heç-heçə ilə başa çatıb. Şahmatçımız həmin günün son
iki turunda rusiyalı Yan Nepomnyaşi ilə xalı yarı bölüb, digər rusiyalı Serqey
Karyakinə isə məğlub olub. Teymur Rəcəbov, nəticədə 7 xalla 10-cu olub.Beləliklə,
norveçli Maqnus Karlsen, niderlandlı Aniş Giri, amerikalı şahmatçılar Uesli So,
Hikaru Nakamura, rusiyalı Yan Nepomnyaşi, FİDE təmsilçisi Alireza Firuzca,
fransalı Maksim Vaşye-Laqrav və ermənistanlı Levon Aronyan pley-offa vəsiqə
qazanıblar.Xatırladaq
ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən
ikinci – “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon
Aronyanı məğlub edərək yarışın qalibi olmaqla yanaşı, həm də seriyanın finalına
vəsiqə qazanıb. Şahmatçımız seriyanın üçüncü mərhələsində – “Opera Euro Rapid”
turnirində isə üçüncü yeri tutub.