Martın 5-də Özbəkistanın paytaxtı Daşkənddə startı verilmiş cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir. Yarışın ikinci günündə “Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan cüdoçusu Rüstəm Orucov bürünc medala yiyələnib. Yetmiş üç kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda qarşılaşmada özbəkistanlı Obidxon Nomonovu məğlub edib.Qeyd edək ki, martın 7-dək davam edəcək turnirə ölkəmiz 12 cüdoçu (10 kişi, 2 qadın) ilə qatılıb.