Avropa Cüdo İttifaqı
idmançıların yeni reytinq cədvəlini açıqlayıb.”Neftçi İdman Klubu”nun Azərbaycan
millisinin şərəfini qoruyan iki təmsilçisi öz çəki dərəcələrində ilk pillədə qərarlaşıb.
Cüdoçularımızdan Rüstəm Orucov (73 kq) və İrina Kindzerska (+78 kq) bütün rəqiblərini
qabaqlayaraq liderliyə yüksəliblər. Qeyd edək ki, 2019-cu ildə Rüstəm Orucov 6 dəfə, İrina
Kindzerska isə 8 dəfə mötəbər beynəlxalq yarışlarda medala layiq görülüb. Klubun
daha iki cüdoçusu Avropa reytinq cədvəlində ilk onluğa düşməyə müvəffəq olub. Onlardan
Elmar Qasımov (100 kq) 5-ci, Məmmədəli Mehdiyev (90 kq) isə 6-cı pillədə qərar
tutub.