Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən İdman-Sağlamlıq Mərkəzində
gənclər arasında cüdo üzrə respublika birinciliyi keçirilib. Azərbaycan Cüdo
Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan yarışda paytaxt və bölgələrdən 51 komandanın tərkibində 367 idmançı (311 oğlan,
56 qız) qalib adı uğrunda mübarizə aparıb.”Neftçi
İdman Klubu”nun gənc cüdoçuları 5-i qızıl, 6-sı gümüş, 6-sı bürünc olmaqla turnirin
17 medalına sahib olublar və ümumi komanda hesabında birinci yeri tutublar. Təmsilçilərimizdən
Rəşad Məmmədov (55 kq), Vüqar Talıbov (81 kq), Cahangir Məcidov (90 kq), Vüsalə
Kərimova (48 kq) və Fəridə Səfərova (57 kq) bütün rəqiblərini məğlubiyyətə
uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.