İstanbulda
sərbəst və qadın güləşi üzrə Avropa, dünya və Olimpiya çempionu Yaşar Doğunun
xatirəsinə həsr olunan sayca 48-ci güləş turnirinə yekun vurulub. On beş ölkədən
pəhləvanların çıxış etdiyi yarış İstanbul Bağçılar Qapalı İdman Salonunda təşkil
olunub.Ənənəvi
yarışda “Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan yetirmələri
iki medala sahib olublar. Sərbəst güləşçilərimizdən 61 kiloqram çəki dərəcəsində
mübarizə aparan İntiqam Vəlizadə turnirin gümüş medalına layiq görülüb. Xanım idmançılar arasında isə Türkan Nəsirova
(50 kq) fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.