Abşeron
Olimpiya İdman Kompleksində keçirilən taekvondo üzrə Azərbaycan birinciliyi və
çempionatına yekun vurulub. Respublikamızda taekvondonun təbliği və inkişaf
etdirilməsi, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi
daşıyan birincilik və çempionatda bütün bölgələrdən olmaqla 760-a yaxın idmançı
mübarizə aparıb.”Neftçi
İdman Klubu”nun təmsilçiləri yarışı 13 medalla ( 3 qızıl, 5 gümüş, 5 bürünc) başa vurublar.
Taekvondoçularımızdan Ayxan Tağızadə (74 kq), Ramin Əzizov (87 kq) və Tülin Ələkbərova
(55 kq) məğlubiyyət tanımayaraq Azərbaycan
çempionluğunun sevincini yaşayıblar.