Azərbaycan
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ilin idman yekunlarına dair tədbir
keçirilib. Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin
(MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, idman
federasiyalarının rəhbərləri və idmançılar iştirak ediblər. Müxtəlif
nominasiyalar üzrə 2019-cu ilin ən yaxşıları mükafatlandırılıb.”İlin ən
yaxşı idmançısı” nominasiyasında “Neftçi İdman Klubu” nun yetirmələrindən Hacı
Əliyev (sərbəst güləş), Nazim Babayev (atletika), Teymur Rəcəbov (şahmat), Rüstəm
Orucov (cüdo), Elçin Əsədov (velosiped), Aynur Məmmədova (parataekvondo) bu
nominasiyanın qalibi olublar və mükafatlandırılıblar.