Yaponiyanın
Osaka şəhərində keçirilən cüdo üzrə beynəlxalq “Böyük dəbilqə” turniri sona
yetib. Yarışda 86 ölkədən 481 idmançı qüvvəsini sınayıb.”Neftçi
İdman Klubu”nu yığma komandamızın heyətində təmsil olunan cüdoçusu Elmar
Qasımov mötəbər turnirdə böyük uğura imza atıb. Kişilər arasında 100 kiloqram çəki
dərəcəsində mübarizə aparan idmançımız Fransa, Almaniya, Rusiya və Yaponiya
cüdoçuları üzərində qələbə qazanaraq finala vəsiqəni təmin edib. Həlledici görüşdə
yaponiyalı Haqa Ryunosukeyə məğlub olan Elmar Qasımov Osaka “Böyük dəbilqə”sinin
gümüş medalına sahib olub.