Yeniyetmə
boksçuların Bakı birinciliyinə yekun vurulub. Respublika Boks Mərkəzində təşkil
olunan yarışda 13 çəki dərəcəsi üzrə 140 idmançı medallar uğrunda mübarizə
aparıb.”Neftçi
İdman Klubu”nun yetirmələri 4-ü qızıl, 3-ü gümüş və 5-i bürünc olmaqla paytaxt
birinciliyinin 12 medalına yiyələniblər. Təmsilçilərimizdən 46 kiloqram çəkidə
çıxış edən Nihad Qurbanlı, Tural Sarıyev (50 kq), Səid Abdullayev (54 kq) və Rəmiş
Cəfərov (80 kq) bütün rəqiblərini məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək
pilləsinə qalxıblar.