Kamerunda
cüdo üzrə açıq Afrika kuboku yarışı keçirilib. Beynəlxalq turnirdə 24 ölkədən
116 cüdoçu medallar uğrunda yarışıb.”Neftçi
İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan üç qadın cüdoçusu
gələn il Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalları verən
turnirdən medalla ayrılıb. İdmançılarımızdan 48 kiloqram çəki dərəcəsində
mübarizə aparan Leyla Əliyeva və Larisa Florian (57 kq) bütün görüşləri qələbə
ilə başa vuraraq qızıl medala sahib olublar. Digər cüdoçumuz İçinxorloo
Munxtsedev (57 kq) isə bürünc medal qazanıb.