Türkiyənin
Edirne şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Fateh
Sultan Mehmet Edirne” turu keçirilib.”Neftçi İdman Klubu”nun yetirməsi Samir Cəbrayılov124 kilometrlik yarışda böyük uğura imza
atıb. Velosipedçimiz finişi 15 nəfərlik lider qrupun tərkibində keçib – 2 saat
57 dəqiqə 25 saniyə. Fotofinişə əsasən Samir Cəbrayılov ikinci olub.