“Neftçi
İdman Klubu”nun təşkilatçılığı ilə keçirilən neft, qaz və kimya sənayesi işçilərinin
XXVII Spartakiadası davam edir. Mötəbər yarışların beşinci günündə daha 7 idman
növü – mini-futbol, stritbol, darts, kəndirdartma, stolüstü tennis, daşqaldırma
və nərd üzrə mübarizələr sona yetdi.Mini-futbol yarışında “Bos Şeif” komandası qalib oldu.”Suraxanı Oyl” Əməliyyat Şirkəti 2-ci,
“Boss Şelf-2” komandası isə 3-cü yerə çıxdı. Stritbol növündə kişilər
arasında “SOCAR Petroleum” komandası liderliyə yüksəldi. “Bos Şelf” 2-ci, Heydər
Əliyev adına NEZ isə 3-cü yeri tutdu. Zərif cinsin nümayəndələri arasında təşkil
olunan yarışda Heydər Əliyev adına NEZ-in kollektivi bütün rəqiblərini üstələdi.
“Azərkimya” ikinci, Neft Kəmərləri İdarəsi isə üçüncü yeri tutdu. Darts idman
növündə hər iki cinsin nümayəndələri arasında Heydər Əliyev adına Neft Emalı Zavodu 1-ci,
Neft Kəmərləri İdarəsi isə 2-ci yeri tutdu. Kişilərin yarışında “Bos Şelf”, xanımların mübarizəsində isə “Neft
Daşları” Neftqazçıxarma İdarəsinin komandası 3-cü oldu. Kəndirdartmada “Neft
Daşları” NQÇİ-nin komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. “SOCAR
Petroleum” ikinci, Heydər Əliyev adına NEZ isə üçüncü pillədə qərarlaşdı.
Stolüstü tennis yarışlarında Heydər Əliyev adına Neft Emalı Zavodu qalib adını
qazandı. “Neft Daşları” və “Bahar Enerji” komandaları isə müvafiq olaraq 2-ci və
3-cü yerləri bölüşdürdülər. Daşqaldırma idman növündə Heydər Əliyev adına Neft
Emalı Zavodunun komandası yenidən liderliyə yüksəldi. Neft Kəmərləri İdarəsi
2-ci, “Azərkimya” İstehsalat Birliyi isə 3-cü yerə çıxdı. Nərd yarışlarında Nəqliyyat
İdarəsinin komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. “Azərkimya”
ikinci, “SOCAR Petroleum” isə üçüncü pillədə qərar tutdu.