Estoniyanın paytaxtı Tallində keçirilən gənc
güləşçilərin dünya birinciliyi sona yetib.”Neftçi İdman Klubu”nun yunan-Roma güləşçisi
Ülvi Qənizadə yarışda böyük uğura imza atıb. Yetmiş iki kiloqram çəki dərəcəsində
mübarizə aparan pəhləvanımız finala qədər inamla irəliləyib. Yalnız həlledici
görüşdə Rusiya təmsilçisi Sergey
Stepanova məğlub olan idmançımız dünya birinciliyinin gümüş medalına layiq
görülüb.