“Neftçi
İdman Klubu”nun yetirmələri həmişə olduğu kimi, bu il də müxtəlif yarışlarda
uğurlu çıxışlarını davam etdirməkdədirlər. Belə ki, atletlərimiz
ilin birinci yarısında əldə etdikləri medalların sayına görə yenə də ölkədə
fəaliyyət göstərən idman qurumları arasında liderliklərini qoruyublar. Təmsilçilərimiz
ilin ilk altı ayı ərzində ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda əzmlə
mübarizə apararaq, 243-ü qızıl, 191-i gümüş və 242-si bürünc olmaqla,
ümumilikdə 676 medal qazanıblar. İdmançılarımız dünya yarışlarında 7 (3 qızıl,
1 gümüş, 3 bürünc), Avropa yarışlarında 21 (8 qızıl, 4 gümüş, 9 bürünc), II
Avropa Oyunlarında 9 (2 qızıl, 3 gümüş, 4 bürünc), beynəlxalq turnirlərdə isə 156
medala (48 qızıl, 42 gümüş, 66 bürünc) sahib olublar. Respublika səviyyəli
yarışlarda 190 medal (71 qızıl, 51 gümüş, 68 bürünc) əldə edən klubumuzun
yetirmələri paytaxt yarışlarında 139 (49 qızıl, 41gümüş, 49 bürünc), digər yarışlarda
isə 154 dəfə (62 qızıl, 49 gümüş, 43 bürünc) fəxri kürsüdə yer alıblar.