Polşanın
paytaxtı Varşavada yeniyetmə cüdoçular arasında keçirilən Avropa birinciliyi sona
yetib. Otuz doqquz ölkədən 431 cüdoçunun medallar uğrunda mübarizə apardığı
yarışda Azərbaycan 18 idmançı (10 oğlan, 8 qız) ilə təmsil olunub.”Neftçi
İdman Klubu”nun yığma komandamızın heyətində yer alan yeniyetmə cüdoçusu Hüseyn
Məmmədov (+90 kq) Avropa birinciliyinin bürünc medalını qazanıb. Cüdoçumuz 3-cü
yer uğrunda görüşdə Fransa təmsilçisi Matias Anglioninə qalib gəlib.Qeyd edək
ki, Azərbaycan cüdoçuları Avropa birinciliyini 1 qızıl və 3 bürünc medalla başa
vurublar.