Ümummilli lider Heydər Əliyevin
xatirəsinə həsr olunan VII “Zirvə” beynəlxalq Uşaq Oyunları davam edir.”Zirvə” İdman Klubunun təşkilatçılığı ilə Xırdalanda
keçirilən yarışda qılıncoynatma idman növü üzrə yarışlar sona yetib. Sablya və
şpaqa üzrə keçirilən yarışda 2005-2007-ci il təvəllüdlü qılıncoynadanlar mübarizə
aparıblar.”Neftçi İdman Klubu”nun sablyaçıları
turnirin 4 medalına sahib olublar. Qızlar arasında Təranə Məmmədli gümüş medala
layiq görülüb. Nuranə Verdiyeva isə bürünc medalla kifayətlənib. Oğlanların
mübarizəsində Eşqin Quliyev və Ülvi Rəsulzadə yarışı üçüncü yerdə başa
vurublar.